İran rəsmilərinin bildirdiyinə görə, müdafiə qüvvələri gələn həftə nüvə obyektlərinə qarşı hücumlardan müdafiə məqsədi ilə hava manevrləri keçirəcək. İranın FARS xəbər agentliyinə müsahibə verən briqada generalı Əhməd Mighani bildirib ki, geniş miqyaslı təlimlər bazar günü başlayacaq.
İran tez-tez bu kimi müdafiə
təlimləri keçirməklə, nüvə proqramına
qarşı hər bir təhlükə ilə mübarizəyə hazır olduğunu nümayiş etdirir.
Dünən Brüsseldə görüş keçirən BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü-Böyük Britaniya, Fransa, Cin, ABŞ, Rusiya, habelə Almaniya nümayəndələri İranın uran zənginləşdirilməsi təklifini qəbul etməməsindən narahatlığını bildirib. Avropa İttifaqının rəsmisi İranın təlifə mənfi cavab verdiyini bəyan edib.
Görüş İranın xarici işlər naziri Mənuçehr
Mottəkinin İranın zənginləşdirilməsi üçün uranını xaricə göndərməyəcəyini və
uranın ölkə daxilində yanacağa çevriləcəyini
elan etməsindən iki gün sonra keçirilib.