Brüsseldə İranın nüvə proqramı ilə bağlı son qarşıdurmalar müzakirə edilib

Brüsseldə görüş keçirən BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü-Böyük Britaniya, Fransa, Cin, ABŞ, Rusiya, habelə Almaniya nümayəndələri İranın uran zənginləşdirilməsi təklifini qəbul etməməsindən narahatlığını bildirib. Avropa İttifaqının rəsmisi Robert Kuper İranın təlifə mənfi cavab verdiyini bəyan edib.

Görüş İranın xarici işlər naziri Mənuçehr Mottəkinin İranın zənginləşdirilməsi üçün uranını xaricə göndərməyəcəyini və uranın ölkə daxilində yanacağa çevriləcəyini elan etməsindən iki gün sonra keçirilib.

BMT-nin təklif etdiyi plana görə İran zənginləşdirilməsi üçün uranını xaricə göndərməli idi. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl-Bəradeyi bu gün Berlində müxbirlərlə görüşü zamanı İranıntəklifi qəbul edəcəyinə ümid bəslədiyini deyib. Bəradeyi “hazırda topun İranın sahəsində olduğunu” bildirib.

ABŞ prezidenti Barak Obama Amerika Birləşmiş Ştatları və onun beynəlxalq tərəfdaşlarının İranın “yox” dediyi təqdirdə, götürüləcək ölçüləri artıq nəzərdən keçirdiyini bildirib.