İraq
əsas seçki qanununun bir hissəsinə vitse-prezidentin veto qoymasının ardınca
seçki komissiyası yanvar ayında keçirilməsi planlaşdırılan ümummilli seçkilərə
hazırlıqları təxirə salıb. İraqın sünni ərəb vitse-prezidenti Tariq Əl-Haşəmi
bu gün bəyan edib ki, o, dəyişiklik üçün seçki qanununu yenidən parlamentə
göndərir. O əsasını sünni ərəblər təşkil edən xaricdə yaşayan iraqlıların
parlamentdə daha çox nümayəndə ilə təmsil olunmasını istəyir. Əl-Haşəmi
səsvermənin keçirilməsində əvvəl seçki qanununu təsdiq etməli olan Prezident
Şurasının 3 üzvündən biridir. Qanunvericilər qanun layihəsini yenidən
müzakirəyə çıxarmalıdır. Qeyd edək ki
keçən həftə təsdiq olunan qanun üzərində debatlar həftələrlə davam etmişdi.