Federal Təhqiqat bürosunun rəhbəri Robert Müller Ankarada Türkiyə rəsmiləri ilə əks-terror səylərini müzakirə edib.
ABŞ-ın Ankaradakı səfirliyinin açıqladığı bəyanatda deyilir ki, Müller Baş nazirin müavini Cemil Çiçek, Ədliyyə naziri Sədulla Ergin və Türkiyə milli polisinin baş direktoru Oğuz Kaqan Köksalla görüşüb.
Bəyanatda Türkiyənin terrorizm əleyhinə qlobal mübarizədə əsas partnyor olduğu qeyd edilir.
Burada habelə Birləşmiş Ştatların həm Türkiyə, həm də ABŞ-ın terror təşkilatı kimi tanıdığı Kürdüstan Fəhlə partiyası PKK-ya qarşı Türkiyənin mübarizə səylərinə güclü dəstəyi qeyd edilir.