ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisinin baş müşaviri Daniel Steyni Azərbaycanda səfərdədir.
O bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Azərbaycanla ABŞ arasında geniş əlaqələrdən danışan cənab Steyn ABŞ-ın Azərbaycanla enerji sahəsində uzunmüddətli uğurlu əməkdaşlığını qeyd edib. “Qlobal enerji təhlükəsizliyinin təmin olunması ABŞ-ın xarici siyasətinin prioritetlərindən biridir. Amerika hökuməti enerji daşıyıcılarının dünya bazarlarına çatdırılmasında çoxşaxəliliyi dəstəkləyir”.
Nazir Məmmədyarov iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib. “Azərbaycanın enerji daşıyıcılarının ixracatçısıdır və dünya bazarlarına çatdırılmasında tranzit imkanlarına malikdir”.