Ankara İranın uranını saxlaya bilər

Türkiyənin enerji nazirinin sözlərinə görə, ölkə İranın nüvə proqramına dair gərginliklərin azalmasını nəzərdə tutan razılaşmasnın bir hissəsi kimi Tehranın zənginləşdirilmiş uran ehtiyatını müvəqqəti olaraq saxlaya bilər. Taner Yıldız deyib ki, əgər İranın aşağı səviyyədə zənginləşdirilmiş uranını saxlamaq xahiş olunsa Ankara bunu rədd etməyəcək. BMT Nüvə Agentliyinin rəhbəri Məhəmməd Əl-Baradeyi keçən həftə ABŞ-da müsahibəsi zamanı İranın uranını Türkiyənin saxlaya biləcəyini təklif etmişdi. Bu plan BMT-nin İranın zənginləşdirilmiş uranını Rusiyada əldə etməsi təklifinə alternativdir. Danışıq digər tərəfləri – ABŞ, Rusiya və Fransanın təklifi təsdiq etməsinə baxmayaraq, İran hələ rəsmən cavab verməyib.