Pakistanın şimal-qərbində intiharçı hücumu nəticəsində azı 20 nəfər həlak olub, 50 nəfər isə
yaralanıb. Rəsmilərin sözlərinə görə, bazar yaxınlığında işə düşən bomba Peşəvər
yaxınlığındakı Çarsada şəhərinin bir neçə binasını dağıdıb. Bu, son 3 gündə
ərazidə baş verən 3-cü bomba partlayışıdır. Dünən Peşəvər şəhərində intiharçı
hücumu 3 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnmişdi.