Ukrayna
baş naziri Yuliya Timoşenkonun sözlərinə görə, ölkədə qrip epidemiyasına görə
fövqəladə vəziyyət elan etməyə səbəb yoxdur. Qeyd edək ki, ölkədə minlərlə
adamın yoluxduğu qrip virusu 135 insanın həyatına son qoyub. Xanım Timoşenko
jurnalistlərə bildirib ki, regionda artıq səhiyyə sahəsində karantin kimi
fövqəladə ölçülər götürülüb. Onun bu açıqlamaları rəqibi Viktor Yuşenkonun
tərəfdarlarının tənqidlərinə cavab olaraq verib. Qarşı tərəf bildirirdi ki,
hökumət H1N1 virusu ilə mübarizə aparmağa hazır deyil. Ukrayna parlamentində
prezidenti nümayəndəsi İlhor Popovun bildirdiyinə görə, əgər hökumət epidemiya
ilə mübarizədə uğursuzluğa uğrasa, ölkədə fövqəladə vəziyyət elan olunacaq. Bu
isə 2010-cu ilin yanvarında keçirilməsi planlaşdırılan prezident seçkilərinin
təxirə sala və cənab Yuşenkonun səlahiyyət müddətini uzada bilər.