Bəzi
iranlı qanunvericilər deyir ki, İran BMT-nin dəstəklədiyi uranın xaricdə
zənginləşdirməsi təklifini rədd edəcək. Yarı-rəsmi İSNA xəbər agentliyinin
tanınmış mühafizəkar qanunverici Ələddin Borujerdiyə istinadən bildirdiyinə
görə, Tehran 1200 kiloqram uranı zənginləşdirmək üçün xaricə göndərməyəcək.
Başqa bir konservativ qanunverici Hüseyn Naqvi Hüseyni isə deyib ki, İran beynəlxalq ictimiayyətin vədlərinə
etibar etmədiyi üçün belə bir razılığı qəbul edə bilməz. Onun sözlərinə görə,
İran uranı başqa bir ölkədən ala və ya onu özü zənginləşdirə bilər. Rusiya
prezidenti Dmitri Medvedyev isə İran müzakirələr zamanı konstruktiv addımlar atmasa, Tehrana qarşı sanksiyaların
ləğv olunmayacağını bildirib.