Rusiyada vəkil və jurnalisti qətlə yetirməkdə şübhəli bilinən iki nəfər həbs edilib

Rusiyada insan haqları müdafiəçilərinin vəkili Stanislav Markelov və jurnalist Anastasiya Baburovanın qətlində şübhəli bilinən şəxslərdən biri cinayəti törətdiyini boynuna alıb.

Onun vəkili Yevgeni Skripelov Exo Moskvı radiosuna bildirib ki, şübhəli bilinən Nikita Tixonov hüquqşünas və jurnalisti bu ilin əvvəli Moksvada qətlə yetirdiyini etiraf edib.

Onun bildirdiyinə görə, Tixonov Markelovu şəxsi motivlərə əsasən öldürdüyünü və heç bir ideoloji qrupla əlaqəsi olmadığını deyib.

Vəkil həmçinin deyib ki, Tixonov Baburovanı öldürmək niyyətində olmadığını və onun ölümünə görə təəssüf hissi keçirdiyini bildirib.

Rusiya polisi Tixonov və Yevgeni Xasisi qətldə şübhəli kimi həbs etmişdi.