Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl- Bəradeyi nüvə proqramı ilə bağlı İrana təklif edilən razılaşmanı İranla Amerika arasında münasibətlərin normallaşmasına gözəl bir imkan adlandırıb. Bəradeyi bildirib ki, son təklif ABŞ-la İranın əlaqələrini yaxşılaşdırmaq istədikləri bir vaxta təsadüf edir.Lakin nüvə agentliyinin rəhbəri bu imkanın daimi olmadığı barədə xəbərdarlıq verib.
Nyu-Yorkda Xarici Əlaqələr Şurasında danışan Məhəmməd Əl-Bəradeyi deyib ki, İran nüvə proqramı ilə dünyaya regionda aparıcı bir qüdrət olduğunu sübut etməyə çalışır. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın nüvə silahı əldə etdiyinə dair konkret dəlillərin olmadığını deyib.