Barak Obamanın atabir qardaşı yeni kitabı haqda açıqlama verib

ABŞ prezidenti Barak Obamanın atabir qardaşı media sükutunu pozaraq, yeni kitabı haqda açıqlama verib. Yarı tərcümeyi-hal hekayəti onun qəddar atasından bəhs edir. İlk müsahibəsi zamanı Mark Ndesanjo bildirib ki, bu əsər ailədaxili zorakılıqlara diqqət cəlb edilməsi mahiyyəti daşıyır. Mark əsərində atasının onu və anasını döydüyündən və zorakılıqların onun həyatında nə kimi iz qoyduğundan yazır.Kitabda yəhudi amerikalı qadının kenyalı bir kişi ilə boşanmasından bəhs edilir.

Mark Ndesanjo 7 ildir Çində yaşayır. Prezident Obamanın inaqurasiyasına ailə üzvü kimi dəvət edilən Mark qardaşı haqda xatirələrini bölüşməkdən imtina edib. Lakin o, Barak Obamanın noyabr ayının 15-dən 18-dək Çinə səfəri zamanı onu ziyarət etməyi düşündünü deyib.