ABŞ-ın iki yüksək
rankli nümayəndəsi Birmada ölkənin hərbi liderləri ilə danışıqlara başlayıb.
Bu, son 10 ildə iki dövlət arasında ən yüksək səviyyəli danışıqlardır.
Amerikanın Birmadakı səfirliyinin rəsmiləri deyir ki, ABŞ-ın dövlət katibinin
müavini Kört Kempbel və onun müavini
Skot Mersel bu gün Birmanın administrativ paytaxtı Naypidauda nazirlər
səviyyəsində görüş keçirib. ABŞ
nümayəndə heyətinin sabah səhər Birmanın baş naziri general Teyn Seynlə
görüşü gözlənilir. Daha sonra isə Ranqunda ABŞ rəsmiləri həbsdə olan müxalifət
lideri Aunq San Suu Kyi və onun partiyasının başqa üzvlərilə görüşməlidir.