Radovan Karadziçin məhkəməsində çıxış edən ittihamçılar onun müsəlmanların qətliyamını təşkil etdiyini demişlər

Radovan Karadziçin müharibə cinayətləri üzrə məhkəməsində çıxış edən ittihamçılar sabiq Bosniya Serb liderinin 1995-ci ildə Srebrenitsada müsəlmanların qətliyamını təşkil etdiyini və onun yalnız bəzi müsəlman kişilərin canlarını qurtara bildiklərindən heyifsiləndiyini bildirib.Aparıcı prokuror Alan Tiqer hakimlərə söyləyib ki, Karadziç şəxsən Sarayevoda yaşayan mülki vətəndaşlara qarşı 44 aylıq terror kampaniyasına rəhbərlik edib.Ötən il Belqradda yaxalanan 64 yaşlı Karadziç 1992-95 ci illər arasında Bosniya müharibəsi zamanı genosid, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər üzrə 11 ittihamla üzləşir.Hələ ki, o, Haaqada ötən həftə başlamış məhkəminin işində iştirak etməkdən imtina edir.