Pakistan
rəsmiləri deyir ki, ölkənin şimal-qərbində baş vermiş bomba partlayışı
nəticəsində Pakistanın 7 əsgəri həlak olub, 11 nəfər isə yaralanıb. İnsident
Əfqanıstandakı beynəlxalq qüvvələrə təchizat aparan əsas marşrutun keçdiyi
Xeybər regionunda baş verib. Hücum ABŞ dövlət katibi Hillari Klintonun
Pakistana səfərini başa vurmasında bir gün sonra həyata keçirilib. 3 günlük
səfəri zamanı xanım Klinton Pakistanın Əl-Qaidə liderlərini nə üçün həbs etmədiyi
sual edərək deyib ki, Pakistanda kimsə hansısa bir şəkildə onların harada
olduğunu yəqin bilir. Dövlət katibi habelə regionda artan zorakılıqlardan
narahatlıqlarını bildirən pakistanlılar qarşısında ABŞ-ın siyasətini müdafiə
edib.