ABŞ dövlət katibi Hillari Klintonun Pakistan səfəri davam edir. Diplomatik turnesi zamanı xanım Klinton Pakistan rəsmiləri və dini liderlər görüşlər keçirir. Lahor şəhərində dövlət katibi tələbələrlə də görüşüb.
Pakistan və Amerika arasında
etimadla bağlı sualları cavablandırarkən Hillari Klinton deyib ki, indi
tərəflər yeni münasibətlərə başlanğıc verən mövqelərdədir və bunlar ortaq
maraqlar və fərqlər üzərində mərkəzləşib.
ABŞ dövlət katibi Hillari Klinton
səfəri çərçivəsində Pakistana göstəriləcək beynəlxalq yardımlar barədə
bəyanatlar verib. Bunlara sərhədlər və hüquq-mühafizə orqanlarının
gücləndirilməsi üçün 103 milyon, Talibanın hücumlarına görə didərgin düşən pakistanlılara
yardım üçün 56 milyon, habelə ali təhsil sahəsi üçün 45 milyon dollarlıq yardım
paketləri daxildir.