Bağdadın mərkəzində 150-dən çox insanın ölümünə səbəb olan ardıcıl bomba hücumlarının məsuliyyətini hadisədən iki gün sonra Əl-Qaidənin İraqdakı qrupu öz üzərinə götürüb. Özünü İraq İslam Dövləti adlandıran qrup Veb səhifələrində yerləşdirdiyi bəyanatda şəhidlərinin “kafirlərə” qarşı mübarizə apardığını deyib. İnternetdə yerləşdirdiyibəyanatında Əl-Qaidə İraqın şiə hökumətini sünnilərin torpaqlarındaİranla əməkdaşlıq etməkdə ittiham edib.
Partlayışlar zamanı İraqın iki hökumət binası – Ədliyyə Nazirliyi və Bağdadın Bələdiyyə Hökumətinin Komnada Mərkəzi sıradan çıxmışdı. Həmin bu qrup avqust ayında 95 nəfərin ölümü ilə nətcələnən iki intiharçı hücumunın da məsuliyyətini öz üzərinə götürmüşdü.
raqın baş naziri Nuri Əl-Maliki Səddam Hüseynin "Bəs" partiyasının üzvlərinə işarə edərək, hücumu törədənlərin beynəlxalq tribunal qarşısına çıxarılmalı olduğunu demişdi. İraqın daxili işlər naziri Əbdül Qadir Məhəmməd Cassem bazar günü həyata keçirilən bomba hücumlarında İraqın xarici işlər nazirinin avqust ayı hücumlarına görə günahlndırdığı Suriyanınadını çəkməmiş, lakin hücumların xaricdən idarə olunduğunu deyib. Daxili işlər naziri hücumulara təlimlər və dəstəyin İraqdan xaricdə verildiyinivə İraq hökumətinin hücumların hansı qrup tərəfindənmaliyyələşdirdiyini müəyyən etmək üçün təhqiqat apardığını bildirib.