Gürcüstan Rusiya qüvvələrini mübahisəli sərhəd
regionunda 16 etnik gürcünün oğurlanmasında ittiham edib. Gürcüstanın Daxili
İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili bildirib ki, həmin şəxslər Cənubi Osetiya
yaxınlığındakı Duşeti rayonunda "Rusiyanın işğalçı qüvvələri" tərəfindən ələ
keçirilib.
Rusiyanın dəstəklədiyi nümayəndə Merab Çiqoyev isə onların sərhədləri qeyri-qanuni keçdikləri üçün saxlandığını bildirib.
Gürcüstanın səlahiyyətli nümayəndələri 16 gürcünün azad edilməsi üçün intensiv şəkildə fəaliyyət göstərildiyini deyirlər.