Dünən Bağdadın mərkəzindəki bomba hücumları nəticəsində ölənlərin sayı 155-ə çatıb

İraq rəsmiləri dünən Bağdadın mərkəzindəki iki bomba hücumu nəticəsində ölənlərin sayının 155 nəfərə çatdığı, yaralananların isə 500-dən çox olduğunu xəbər verirlər. Demək olar ki, eyni zamanda baş verən partlayışlar güclü mühafizə olunan Yaşıl Zona yaxınlığındakı hökumət binalarını və Ədliyyə Nazirliyini hədəf almışdı.

İraqın baş naziri Nuri Əl-Maliki hücumları ölkədə stabiliyin pozulması və qarşıdan gələn yanvar ayı seçkilərinə mane olmaq cəhdi kimi qimyətləndirib. Hücumların məsuliyyətini üzərinə götürən olmasa da, baş nazirin ofisi hücumlarda Əl-Qaidə və Bəs partiyasının üzvlərini gunahlandırır.