Əfqanıstanda baş verən vertolyot qəzaları nəticəsində 14 amerikalı həlak olub

Əfqanıstandakı NATO qüvvələrinin bildirdiyinə görə, bu gün koalisiya qüvvələrinin üç vertolyotunun bir-biri ilə əlaqəsi olmadan qəzaya uğraması nəticəsində 11-i hərbi qulluqçu, 3-ü mülki vətəndaş olmaqla, 14 amerikalı həlak olub. NATO-nun bəyanatında bildirilir ki, vertolyotlardan biri Əfqanıstanın qərbində ABŞ və Əfqan qüvvələrinin yaraqlılıara qarşı hərbi əməliyyatlarından sonra qəzaya uğrayıb. Əməliyyatlar zamanı düşmən döyüşçülər olduğundan şübhələnilən 12 nəfərin öldürüldüyü deyilir. Məlumatda eləcə də, 7 ABŞ hərbçisinın və 3 mülki vətəndaşın həlak olduğu, 14 Əfqan, 11 Amerika əsgəri və bir mülki vətənmdaşın yaralandığı bildirilir. Qəzaların səbəbləri araşdırılır. NATO rəsmiləri vertolyotların yaraqlılar tərəfindən vurulub salındığını güman etmədiklərini deyirlər. Digər iki vertolyot isə bu gün səhər Əfqanıstanın cənubunda toqquşub və nəticədə 4 ABŞ hərbi qulluqçusu həlak olub.