İraqda terror hücumları 100-dən çox adamın ölümünə səbəb olub

İraq rəsmiləri bildirir ki, Bağdadın mərkəzində partladılan iki qüvvətli bomba ən azı 100 adamın ölümünə və 400 adamın yaralanmasına bais olub. Bu, ötən aylarda həyata keçirilən ən qanlı hücumdur. Bazar günü eyni vaxtda baş verən hücumlar əyalət hökumət binasını və Ədliyyə Nazirliyini hədəf alıb. Partlayışlar İraq paytaxtında binaları silkələyib və tüstü səmaya qalxıb. Hücumlar üçün məsuliyyəti hüç kim üzərinə götürməsə də İraq hökumətinin sözçüsü Əli əl-Dabbağ zorakılıqda Əl Qaidanın izlərinin olduğunu deyir. Ötən il ərzində İraqda zorakılqıların sayı kəskin enib. Lakin qiyamçılar arabir təhlükəsizlik qüvvələrinə və mülki vətəndaşlara hücumlar edirlər. Rəsmilər yanvar seçkiləri ərəfəsində hücumların arta biləcəyindən xəbərdarlıq ediblər.