Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Oktyabr 25-27-də Luksemburqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Bu bartədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatınd deyilir.
ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bratke (ABŞ) bəyanatında deyilir ki, ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 22-23-də baş tutan „ATƏT-in vasitəçilik fəaliyyətləri“ adlı qeyri-formal müzakirələrdə iştirak etmək üçün Vyanada səfərdə olan həmsədrlər danışıqların gedişi barədə məlumat vermək məqsədi ilə ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin təmsilçiləri üçün ənənəvi rüblük brifinq keçirib.
Həmsədrlər, həmçinin fərdi qaydada bir sıra ikitərəfli görüşlər (ATƏT-ə sədrlik edən Yunanıstanın təşkilat yanında daimi nümayəndəsi səfir Mara Marinaki, ATƏT-in baş katibi Perren de Brişambo, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Fuad İsmayılov, Ermənistanın daimi nümayəndəsi Hovakimyan və başqaları) keçirmişlər.
Sənəddə həmçinin qeyd edilir ki, həmsədrlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüşdə iştirak etmək üçün oktyabrın 25-27-də Lüksemburqda səfərdə olacaq. Burada həmsədrlərin noyabr ayında Bakı və Yerevana səfərinin planı və ATƏT-in Nazirlər Şurasının 2009-cu ilin dekabrında keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrə hazırlıq barədə fikir mübadiləsi aparılacaq.