Birləşmiş Ştatlar kino-rejissor Polanskinin təhvil verilməsi haqda İsveçrə hökumətinə rəsmən müraciət edib

İsveçdə hökumətinin bildirdiyinə görə, Birləşmiş Ştatlar kino-rejissor Roman Polanskinin təhvil verilməsinə dair rəsmən İsveçrəyə müraciət edib. İsveçrə polisi Oskar mükafatı almış rejissoru dörd həftə bundan əvvəl ABŞ-ın həbs haqda orderə əsasən saxlamışdı. Roman Polanski Sürix şəhərində keçirilən kino-festivalda mükafat almaq üçün isveçrəyə səfər etmişdi. 76 yaşlı Polanski 1978-ci ildə Los Anjelesdə az yaşlı qızla seksual əlaqədə olmaqda ittiham edilmişdi. O, məhkəmə hökm çıxarmazdan əvvəl Birləşmiş Ştatları tərk etmişdir.