İran BMT-nin nüvə agentliyinin uran zənginləşdirilməsinə dair təklifini qəbul etməyib və bunun əvəzinə öz təklifini irəli sürüb.
İranın dövlət televiziyası adının açıqlanmadığı iranlı vasitəçiyə istinadən bildirib ki, Tehran reaktor üçün nüvə yanacağı almağı təklif edib. Onun sözlərinə görə, İran dünyanın qüdrətli dövlətlərinin təklifə müsbət cavab verəcəyini gözləyir.
Beynəlxalq Atom Enerjisi agentliyinin təklifinə əsasən, İranın mülki məqsədlərlə istifadə etmək üçün kifayət səviyyədə uranı zənginləşdirməsinə imkan verilir. Bu səviyyədə zənginləşdirilmiş uran silah istehsalında istifadə edilə bilməz.
Vyanada
BMT-nin nüvə agentliyində vasitəçilər İran, Birləşmiş Ştatlar, Fransa və Rusiya
arasında danışıqlardan sonra İrana qərarını bildirmək üçün cümə gününə qədər
vaxt vermişdi.