ABŞ müdafiə naziri Robert Geyts deyir ki, Şimali Koreyanın atom silahları proqramı regional və beynəlxalq müstəvidə sabitliyi pozan amildir. Geyts bu bəyanatı Seulda illik ABŞ-Cənubi Koreya təhlükəsizlik konfransında verib. O, deyib ki, ABŞ demokratik müttəfiqinə nüvə çətiri ilə bərabər uzunmüddətli müdafiə yardımı göstərəcək. ABŞ və Şimali Koreya Pxenyanı nüvə silahalrı proqramından əl çəkməyə inandırmaq üçün aparılan altıtərəfli danışıqların iştirakçılarıdır. Kommunist rejimi beynəlxalq ictimaiyyətin onun uzun mənzilli raket texbnologiyası olduğundan şübhələnilən sınaqdan keçirməsinin ardınca aprel ayında danışıqları tərk etmişdi. Lakin indi Şimali Koreya ABŞ-la təkbətək danışıqlar apara biləcəyi təqdirdə danışıqlar masası arxasına qayıtmağa hazır olduğunu bildirib.