ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni Ağ
Evi Əfqanıstan strategiyasına görə tənqid edərək, prezident Obamanı müharibənin
qələbəsini təmin edəcək yollara üz tutmasına çağırıb. Cənab Çeyni Ağ Ev
aparatının rəhbəri Rahm Emanuelin Buş administrasiyasının Əfqanıstan müharibəsi
ilə bağlı naratlıqlara əhəmiyyət vermədiyi və Obama administrasiyasının 8 illik
müharibə strategiyasına sıfırdan başladığına dair dediklərini sual altına alıb.
ABŞ-ın sabiq vitse-prezidenti deyib ki, Buş administrasiyası ofisi tərk etməzdən
əvvəl Əfqanıstanla bağlı araşdırmaların nəticələrini Obamanın keçid komandasına
təqdim edib. Dik Çeyni keçid komandasının araşdırmaların nəticələrinin
açıqlanmamasını istədiyini və komandanın görülən işlər və şübhələrdən
bəhrələndiyini bildirib.
Prezident Obamanın Çex Respublikası və Polşada raketlərdən müdafiə sisteminə dair yeni planını tənqid edən Dik Çeyni bu qərarı strateji səhv adlandırıb.