Gürcüstanın zorakılıqlar cərəyan edən qərb regionunda son zamanlar dəmir yolları hədəf alınır. Gürcüstanın Dəmir Yol İdarəsinin sözçüsü İrma Stepnadze Rusiyanın işğalı altında olan Abxaziya regionuyaxınlığında, Senakidən Gürcüstanın Qara dəniz liman şəhəri Potiyə neft daşıyan qatarda bomba partlayışının baş verdiyini bildirib. Lakin o, 12 vaqondan ibarət neftlə dolu qatarda partlayış zamanı yaralananların olmadığını deyib. Partlayışın vaqonları sıradan çıxmasına və yaxınlıqdakı binaların şüşələrinin sınmasına səbəb olduğu xəbər verilir.Bu,Gürcüstanın qərb bölgəsində son 5 ayda dəmir yollarında baş verən beşinci partlayışdır.