ABŞ-ın müdafiə naziri Robert Geyts Obama administrasiyasının Yaponiyadakı ABŞ qüvvələrinin yerdəyişməsi ilə bağlı müzakirələrə hazır olmadığını bildirib. Nazir bu bəyanatı Tokioda Yaponiyanın xarici işlər naziri Katsuya Okada ilə görüşündən sonra verib.
2006-cı ildə əldə edilən razılığa əsasən ABŞ 8000 hərbi dəniz qüvvələri əsgərini Okinava adasından Amerika ərazisi olan Quama və dəniz qüvvələri bazasını Okinavanın digər bölgəsinə köçürməlidir. Lakin Okinava sakinləri Amerikanın hərbi personalının yol verdiyi cinayətlər, habelə səs-küyə görə ABŞ-ın adadakı hərbi mövcudluğuna etirazını bildirir. Yaponiyanın yeni baş naziri Yukio Hatoyama razılığın yenidən nəzərdən keçirilməsinə görtəriş verib.
ABŞ-ın müdafiə naziri
Robert Geyts isə Obama administrasiyasının hava bazasının uçuş xətlərinin
dəyişdirilməsinə dair müzakirələrə açıq olduğunu, lakin digər alternativlərin nə
siyasi, nə də reallıq baxımdan yararlı olduğunu deyib.