Britaniyanın Baş naziri dünya ölkələrini Kopenhagen sammitinə qatılmağa çağırıb

Britaniyanın Baş naziri Qordon Braun dünya liderlərini bu ilin sonu Danimarkada iqlim dəyişikliyinə dair konfransa qatılmağa çağırıb.

Cənab Braun bu gün Londonda dünyada karbon qazı tullantılarının havaya ən çox atıldığı 17 ölkənin nümayədələri qarşısında çıxış edib. O deyib ki, bu ölkələrin liderlərinin dekabrın 17-də Kopenhagendə keçiriləcək konfransa qatılmaması ətraf mühiti qlobal miqyasda təhlükə altına ala bilər.

Lakin hələllik yalnız bir neçə dövlət başcısı BMT-nin sponsorluğu ilə keçiriləcək sammitdə iştirak etmək istədiklərini bildirib.

Kopenhagen sammitinin əsas məqsədi hazırda qüvvədə olan və müddəti 2012-ci ildə bitəcək 1997-ci il Kioto protokolunun yenisi ilə əvəz edilməsi üçün qlobal səviyyədə fəaliyyətə keçməkdən ibarətdir.

London görüşündə iştirak edən nümayəndələr uzun müddət üçün havaya atılan tullantıların həcminin azadılması kimi məqsədə çatmaq üçün yoxsul ölkələrə ictimai fondlardan vəsait ayrılmasına nail olmağa çalışırlar.