Proqress M-03M gəmisi Beynəlxalq Fəza Stansiyasına çatıb

Rusiyanın fəza agentliyinin bildirdiyinə görə, bu gün ərzaq, yanacaq, oksigen və digər ləvazımat daşıyan ekipajsız fəza gəmisi beynəlxalq fəza stansiyasına çatıb.

Proqress M-03M gəmisi ötən cümə axşamı günü Qazaxıstanın Baykonur kosmodromundan yola düşmüşdü.

Bir həftə əvvəl isə kanadlı sirk ustası Qay Lilibert beynəlxalq fəza stansiyasından yer kürəsinə qayıdıb. O, ödənişlə kosmosu ziyarət edən 7-ci adamdır.