ABŞ prezidenti Barak Obama Sudanla
bağlı yeni strategiyasını açıqlamalıdır. Administrasiya rəsmiləri Sudan
hökumətinə təzyiqlər və həvəsləndirici təkliflərin yer aldığı planın bazar ertəsi
günü açıqlanacağını bəyan edib. Strategiya Xartumun Darfur regionunda insan hüquqlarının
pozulması hallarına son qoymasını nəzərdə tutur.
Obama administrasiyasının yeni strategiyası aylarla davam edən debatlardan sonra açıqlanır. ABŞ prezidenti Barak Obama seçkiqabağı kampaniyası zamanı müharibə cinayətlərində ittiham edilən Sudan prezidenti Ömər Əl-Bəşirin təcridinə vəd vermişdi.