Ötən
həftə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasına dair razılıqlar
imzalayan Türkiyə və Ermənistan prezidentləri futbol üzrə dünya kubokunda görüşüb.
Türkiyənin Bursa şəhərində Ermənistan prezidenti Serj Sarkisyanı Türkiyənin
dövlət başçısı Abdulla Gül qarşılayıb. Türkiyənin xeyrinə 2-0 hesabı ilə bitən oyun zamanı havaya sülh
rəmzi kimi ağ göyərçinlər buraxılıb.
Ermənistan jurnalistlərini daşıyan avtobus
daşa basılıb. Ermənistan-Türkiyə yaxınlaşmasına etiraz edənlər əllərində Türkiyə
və Azərbaycan bayraqları ilə nümayiş
keçirib. Türkiyə Azərbaycanla həmrəylik olaraq 1993-cü ildən Ermənistanla
sərhədlərini bağlayıb.