Tayvan özünü müdafiə edəcəyini deyir

Tayvan prezidenti Ma Yinq cou deyir ki, onun hökuməti Çinlə yaxın münasibətlər qurmağa çalışdığı bir zamanda adanın müdafiəsinə diqqət yetirməkdə davam edəcək.Prezident Ma bu gün söylədiyi nitqdə bəyan edib ki, iki dövlət arasındakı fikir ayrılıqları tarixi faktorlara əsaslanır və bu, bir anda aradan qalxa bilməz.O, deyib ki, Tayvan Çinin tördətdiyi hərbi təhlükəni nəzərdən qaçırmayacaq.Prezident bu sözləri Milli Gün münasibətilə verdiyi illik müraciətində dilə gətirib. Tayvan adanın rəsmi adı olan Çin Respublikasının 98-ci ildönümünü qeyd dedir.