Sakin Okeanı
cənub hövzəsində baş verən üç zəlzələ böyük təşvişə səbəb olub. Amerikanın Geoloji
Aradırmalar Mərkəzinin bildirdiyinə görə, Vanuatudan 300 km-lik məsafədə baş verən zəlzələnin şiddəti 7.8 bal gücündə olub.
Bir saat sonra baş verən digər iki zəlzələ isə 7 balla ölçülüb.
Avstarliaya, Yeni
Zelandiya və İndoneziya daxil edilməklə, Sakin Okeanı cənub hövzəsində sunami
xəbərdarlığı verilmiş, daha sonra isə xəbərdarlıq ləğv edilmişdi. Bu təbii
fəlakət Samoan adalarında 200-ə yaxın insanın ölümü ilə nəticələnən sunamidən iki
həftə sonra baş verir.