ABŞ
prezidenti Barak Obama Amerikanın terrorizmə qarşı mübarizədə nailiyyət əldə
etdiyini deyib. Vaşinqtonda yerləşən Milli Əks-terror Mərkəzində danışan dövlət
başçısı Amerika Birləşmiş Ştatlarının müdafiəsində duran bu qurumun işçilərinə
təşəkkürünü bildirib.
Prezident Obama deyib ki, Əl-Qaidə Amerika xalqına
təhlükə olaraq qalır və Milli Əks-terror Mərkəzi buna görə təsis edilib. Barak
Obama dünyada ekstremist şəbəkələrinin məhvi üçün bu mərkəzin Amerikaya böyük
yardımı olduğunu deyib.
ABŞ prezidenti Amerika və onun müttəfiqlərinin gələcək
hücumlardan qorunmasının əks-terror mərkəzinin diqqət mərkəzində olduğunu
deyib. Barak Obama bu quruma dəstək veriləcəyini vəd edib.