Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə Amerika prezidenti Barak Obama bazarertəsi günü Ermənistan prezidenti Serj Sarkisyana telefon edib. Məlumatda qeyd edilir ki, ABŞ prezidenti Ermənistanın prezidentini Türkiyə ilə münasibətlərin normallaşdırılması sahəsində göstərdiyi cəsarətli rəhbərliyə görə alqışlayıb və onu bu sahədəki irəlləyişlərin davamı üçün cəsarətləndirib. Prezident Obama eyni zamanda əlaqələrin normallaşdırılması barədə danışıqların əvvəlcədən şərt irəli sürülmədən və müəyyən bir vaxd çərçivəsində daha da qabağa aparılması barədə ölkəsinin mövqeyini bir daha təkrar edib. Ağ Evin yaydığı məlumatda deyilir ki, Prezident Obama iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə nəticələnəcək və əlaqədar bütün tərəflər üçün parlaq bir gələcək təmin edəcək belə bir prosesə tam dəsdəyini izhar edib.