Əli Əkbər Salehi İranın diqqətini daha çox tədqiqatlara yönəltdiyini deyib

İranın dövlət xəbər agentliklərinin məlumatlarında deyilir ki, Tehranın nüvə proqramının başçısı şiələrin müqəddəs Qum şəhəri yaxınlığında mövcudluğu yenicə aşkar edilən nüvə obyektində təkmilləşdiirlmiş sentrefuqaların yerləşdiriləcəyi barədə açıqlama verib. Əli Əkbər Salehi hal-hazırda İranın diqqətinin bu obyektdə daha çox tədqiqatlara və xarici ehtiyat hissələrindən istifadə etmədən daha sərfəli maşınların istehsalına yönəltdiyini deyib. Xəbər agentlikləri Əli Əkbər Salehiyə istinadən bildirirlər ki, İran uran zənginləşdirilməsindəyeni senterfuqalardan istifadə edəcəyinə ümid edir.

Keçən həftə Cenevrədə dünyanın altı ölkəısiilə danışıqlar zamanı beynəlxalq müfəttişlərinQum şəhəri yaxınlığındakınüvə obyektinin təftişi barədə razılıq əldə edilmişdi. İran eləcə də, oktyabr ayının 19-da keçiriləcək nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edəcəyini bildirmişdi.

Birləşmiş Ştatların dövlət katibi Hillari Kilinton və ABŞ müdafiə naziri Robet Geyts Cenevrə danışıqlarını nailiyyətli adlandırıb.