Beynəlxalq
insan hüquqları qrupu Fransa prezidenti Nikolas Sarkozını Qazaxıstana qarşıdan
gələn səfəri zamanı insan hüquqları sahəsində islahatları təşviq etməyə
çağırıb. Human Rights Watch bildirir ki,
cənab Sarkozıdan mesaj Qazaxıstan liderlərinə siqnal göndərərdi ki, onlar insan
hüquqlarına ciddi yanaşmalıdırlar. Cənab
Sarkozı Qazaxıstana çərşənbə axşamı gələcək.
2010-cu ildə ATƏT-ə sədrliyi ələ alması ərəfəsində Qazaxıstan hökumətinə
insan hüquqları sahəsində göstəricilərini yaxşılaşdırmaq istiqamətində
təzyiqlər göstərilir. Human Rights Watch
bildirir ki, hökumət 2009-cu ildə müəyyən irəliləyişlər əldə etsə də islahatlar
əsaslı dəyişikliyə yol açmayıb.