Los Anjeles şəhərinin Ali məhəkəməsinin hakimi deyib ki, Maykl Ceksonun övladları belə görünür, nənələri ilə böyüdüklərində yaxşı uyğunlaşa bilirlər.
Hakim Mitçel Beklofun sözlərinə görə, o, uşalqarın Ceksonun ölümündən 3 ay sonra uşaqların nənənin himayəsinə alışdıqlarına dair təhqiqatçıların hesabatından məmnun qalıb.
12 yaşlı Prins Maykl, 11 yaşlı Paris və 7 yaşlı İkinci Prins Maykl Cekson iyun ayında vəfat etdikdən sonra onun anası Ketrin Ceksonun himayəsinə verilmişlər.
Beklof Ketrin Ceksonun uşaqların daimi qəyyumu olması haqda qərarı avqust ayında çıxarmış və onların vəziyyəti ilə bağlı məlumat istəmişdir.
Ceksonlar ailəsinin patriarxı Co Cekson dinləmələrə getsə də, orada çıxış etməyib.
Maykl Cekson 2002-ci ildə yazdığı vəsiyyətində öldüyü təqdirdə anasını uşaqların qəyyumu kimi göstərmişdi.
Beklof uşaqların vəziyyəti ilə bağlı hesabatını açdıqdan sonra bundan sonra yeni hesabatlara ehtiyac olmadığını bildirib.
Maykl Ceksonun varidatından uşaqlar üçün ayda 60 min dollar vəsait verilir.