ABŞ-ın milli təhlükəsizlik nazirinin müşaviri Əfqanıstandakı durumu mürəkkəb adlandırıb

ABŞ-ın milli təhlükəsizlik nazirinin müşaviri Cim Cons Əfqanıstanın Talibanların əlinə keçmək təhlükəsinin mövcud olmadığını deyib. Cənab Cons Əfqanıstandakı durumu mürəkkəb adlandırıb və vəziyyəti əlavə əsgəri qüvvə ilə dəyişməyin mümkün olmayacağını bildirib.

O deyib ki, təhlükəsizlik, iqtisadi habelə yaxşı idarəçilik sahələrində inkişaflar eyni zamanda əldə edilməlidir. Avqust seçkilərinə gəldikdə isə Cim Cons bildirib ki, prezidentin qanuni şəkildə seçilməsi əfqan xalqı üçün olduqca mühümdür.