Bu gün Yunanıstanda ümummilli seçkilər
keçirilir. Hazırkı iqtisadi vəziyyətlə bağlı keçirilən seçkilərdə mühafizəkar baş
nazir Kostas Karamanlis müxalif sosialist lider Corc Papandreu ilə yarışır.
Seçkilərdən əvvəl keçirilən sorğuların nəticələrinə görə, sosialistlər 300
yerli parlamentdə əksəriyyət əldə edə bilər.
Cümə günü Afinada kampaniyasının
son gününü keçirən Karamanlis 2011-ci ilədək ölkəni iqtisadi böhrandan
çıxaracağına vəd verib. Baş nazirin çıxışı zamanı yaxınlıqda bomba partladılmış,
lakin partlayış cüzi ziyana səbəb olmuşdu. Partlayışın məsuliyyətiniifrat solçu qrup üzərinə götürmüşdü.