Indoneziya rəsmiləri ölkənin liman şəhəri Padanqda baş vermiş şiddətli zəlzələ nəticəsində 3 minə yaxın insanın hələ də dağıntılar altında qala bildiyini bildirirlər.
BMT Rixter şkalası üzrə 7,6 bal gücündə olan zəlzələ nəticəsində ölənlərin sayının 1100 nəfər olduğunü bildirir.
Zəlzələ çərşənbə günü İndoneziyanın Sumatra adası sahillərinə yaxın ərazidə baş verib.
Xilasetmə dəstələri 900 000 əhalisi olan Padanq şəhəri və onun ətraflarında hadisə qurbanlarının axtarışını davam etdirir.
Zəlzələ şəhərdəki xəstəxanalar, məscidlər və kilsələr, habelə digər binaları dağıdıb.
Xilasetmə işçiləri, əsgərlər, polis və könüllülər şəhərin nəhəng Ambasanq mehmanxanasının dağıntıları altında qalmış insanları çıxarmağa cəhd göstəriblər. Rəsmilərin bildirdiyinə görə, sağ qalmış bir nəfər dağıntılar altında bir neçə insanın hələ sağ olduğu haqda teks mesaj göndərib.
Padanq ətrafında zəlzələdən sonra toprpaq sürüşmələri nəticəsində bəzi kəndlər yer üzündən silinib.
Rəsmilər torpaq sürüşümələrindən sonra azı 600 adamın itkin düşdüyünü bildirirlər.