Ohayo ştatının seçki rəsmiləri 2008-ci ildə David Krikoryanın kampaniya zamanı ohayolu Konqres üzvü Ciin Şmitə qarşı saxta ittihamlar irəli sürməsi haqda qərar çıxarıb. Konqres uğrunda kampaniya zamanı Demokrat namizəd Krikoriyan Respublikaçı rəqibi Ciin Şmitin əleyhinə belə bir ittiham irəli sürmüşdü ki, xanım Şmit Türkiyədən 30 min dollar həcmində, onun dediyi kimi desək, qan pul alaraq əvəzində Nümayəndələr Palatasında erməni soyqırımının tanınması barədə qətnamə layihəsinin əleyhinə səs verib. Amerikada seçkiylə vəzifəyə gələn rəsmilər üçün xarici hökumətlərdən və ya şəxslərdən pul almaq qeyri-qanunidir. İkigünlük dinləmələrdən sonra komissiya yekdilliklə erməni-amerikalı Krikoryanın saxta bəyanatlar verməsini müəyyən edərək onu məzəmmət edib. Xanım Şmidtin seçki qərargahının sözçüsü Bərri Bennet komissiyanın çıxardığı qərardan məmnunluğunu izhar edib.