Filippin prezidenti Gloria Arroyo son günlər
güclü qasırğalara məruz qalan ölkədə fövqəladə vəziyyət elan edib. Parma tufanı
şənbə günü 200 km-saat sürətlə Filippinin şərq sahillərini təsirinə məruz
qoyub. Prezident Arroyo 6 vilayətin sakinlərinin evakuasiyasına və fəlakətə
cavab məqsədi ilə hökumət fondlarından vəsait ayrılmasına göstəriş verib.
Parma
ötən həftə Ketsana tufanının yaratdığı daşqınları daha da ağırlaşdıracağı
barədə xəbərdarlıq verilib. Ketsana son 40 ildə Filippində ən güclü daşqınlara
və 400-dən artıq adamın ölümünə səbəb olub. Parma tufanının müvəqqəti
sığınacaqlarda qalan 700000-dən artıq insanın vəziyyətini daha da
ağırlaşdıracağı deyilir.