İran nümayəndəsi danışıqlara xoş məramla getdiyini deyir

İranın nüvə məsələləri üzrə müzakirəçisi ölkəsinin nüvə proqramı ilə bağlı beynəlxalq danışıqlara “xoş məramla” yollandığını deyir. Səid Cəlili bildirib ki, o, iştirakçı dövlətlər üçün danışıqları müsbət imkan kimi dəyərləndirir. Cümə axşamından başlayaraq İran öz atom proqramını BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya ilə müzakirə edəcək. İranın nüvə proqramının rəhbəri Əli Əkbər Salehi bəyan edib ki, onun ölkəsi uran zənginləşdirilməsi ilə bağlı heç bir məsələ üzərində danışıqlar aparmayacaq. ABŞ isə bu məsələni qaldırmaqda qətidir.