Cənubi Asiya regionu güclü tufana məruz qalıb

Cənubi Asiya regionu son illərin ən güclü tufana məruz qalıb. Vyetnam və Kamboca kəndləri yerlə yeksan olub. Ölənlərin sayının yüzlərlə olduğu bildirilir. Vyetnamın baş naziri Nquyen Tan Dun Ketsana tufanına cavab məqsədi ilə yardım əməliyyatlarına çağırıb.

Vyetnamda 170000 evə ziyan dəyib, tufan 6 vilayətdə məhsul sahələrini məhv edib. 350000 insanın evsiz qaldığı bildirilir. Vyetnamdan sonra Cambocaya istiqamət alan tufan onlarla isnanın ölümünə səbəb olub. Laosa çatdıqda tufan bir qədər zəifləyib.