İranın təhlükəsizlik qüvvələri ilə kürd yaraqlıları arasında qarşıdurma olub

İran rəsmilərinin bildirdiyinə görə, ölkənin Kürdüstan vilayətində baş verən atışma zamanı ikipolis işçisi vəterrorçu olamaqda şübhəli bilinən 4 nəfər ölüb. İran xəbər agentlikləri dünən gecə vilayətin paytaxtı Sanandac şəhərində təhlükəsizlik qüvvələri ilə kürd yaraqlı qrupunun üzvləri arasında baş verən atışmazamanı yaralananların da olduğunu xəbər verirlər. Xəbələrdə bu ayın əvvəlində qətlə yetirilən sünni ruhanisi də daxil edilmklə,həmin qrupun reginonda bir sıra qətllərdə əli olduğu bildirilir.

Bu yaxınlarda İraq sərhəddi yaxınlığında İranın təhlükəsizlik qüvvələri iləkürd separatçıları arasındaölümlə nəticələnənbir neçə toqquşmanın da baş verdiyi deyilir.