İran iki uzunmənzilli raketin uğurla
sınaqdan keçirildiyini bəyan edib. Müdafiə təhlilçilərinin fikrincə bu raketlər
İsrail və Cənubi Avropa ölkələrini vurmaq qabiliyyətinə malikdir. İranın dövlət
televiziyası ilə raketlərin sınağı nümayiş etdirilib. Şəhab-3 və Secil raketlərinin
sınağı hərbi təlimlərin ikinci günü həyata keçirilib.
Bəzi qərb müdafiə analitikləri bu raketlərdən
heç olmasa birinin nüvə başlıqları daşıya bildiyini deyir. Bu həftənin cümə axşamı günü ABŞ və digər
dünya ölkələri Cenevrə görüşü zamanı İrandan nüvə fəaliyyətləri barədə məlumat
verməsini istəyəcək. Dünən ABŞ-ın dövlət katibi Hillari Klinton demişdi ki,
danışıqlar nəticə verməsə, İrana qarşı daha sərt sanksiyalar tətbiq ediləcək.