Bu
gün BMT baş assamblyeasının yığıncağında 20-dən çox dövlət başçısının nitq
söyləyəcəyi gözlənilir. Natiqlər əsasən
Afrika dövlətlərini təmsil edəcək.
İsrail baş naziri Binyamin Netanyahu və Venesuela prezidenti Uqo Çavez
cümə axşamı çıxış etdilər. Cənab
Netanyahu İranın sülhə təhlükə törətdiyini deyərək, bu fanatik rejimə atom
bombası əldə etməyə icazə verməyi qəbuledilməz adlandırıb. Cənab Çavez isə ABŞ prezidenti Barak Obamanı
Amerikanın Kubaya qarşı embarqosunu ləğv etməyə çağırıb.