Vladimir Putin xarici investorları cəlb etməyə çalışır

Rusiyanın Baş naziri Vladimir Putin xarici investorları Sibirdə qazla zəngin istismar edilməmiş nəhəng yataqların inkişaf etdirilməsinə çağıraraq onların özlərini komanda üzvləri kimi hiss etmələrini istədiyini deyib.

Cənab Putin bu gün Salexard şəhərində xarici investorlarla keçirdiyi görüşdə onları təbii sərvətlərlə zəngin Yamal yardımasını inkişaf etdirməyə cəlb etməyə çalışıb. Bu ərazidə təxminən 12 trilyon kubmetr qazın olduğu deyilir.

Rusiyanın dövlətə məxsusu Qazprom şirkəti yarımadaya prioritet kimi baxır. Cənab Putin isə deyib ki, rəsmi Moskva regionun təbii ehtiyatlarının istismarı və inkişaf etdirilməsini stimullaşdırmaq məqsədilə vergi güzəştlərinin tətbiq edilməsini nəzərdən keçirir.

Cənab Putinin səyləri Moskvanın üç ildir xarici şirkətlərlə birgə enerji fəaliyyətləri üzərində nəzarətini möhkəmlətməyə çalışmasından sonraya təsadüf edir.